Ordubad rayonunda 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrup saxlanılıb. Bu barədə 8 mart tarixində Report məlumat verib.
Belə ki, rayon ərazisində biri şəhid ailəsinin yaşadığı ev olmaqla, ümumilikdə 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrup saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.