İyulun 3-də ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub. Bu barədə 4 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.