Pakistan Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları Türkiyəyə çatıblar. Bunu Türkiyənin İslamabaddakı səfirliyi bildirib.
Bu barədə 7 fevral tarixində Report xəbər verib.
Qeyd olunub ki, təyyarələr Adana hava limanına eniş ediblər.
“Pakistanlı qardaşlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq və növbəti dəfə minnətdarlığımızı bildiririk”, - diplomatik nümayəndəlikdən qeyd olunub.