Pakistanda keçmiş Baş nazir İmran Xanın həbsinə etiraz olaraq keçirilən aksiyalar zamanı azı 4 nəfər ölüb. Bu barədə 10 may tarixində Report yerli KİV-yə istinadən xəbər verir.
Məlumata əsasən, mindən çox etirazçı tutulub.
Qeyd edək ki, ötən gün Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.
Eks-Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.
Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.