Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi saxlanılıb.
Bu barədə 10 may tarixində APA Pakistanın “The News International” agentliyinə istinadən məlumat verib.
Bildirilib ki, sabiq XİN rəhbəri keçmiş Baş nazir İmran Xanın komandasında yer alıb.
Xatırladaq ki, İmran Xanın barəsində bu gün qəbul olunan həbs qərarından sonra müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) üzvlərinin saxlanılmasına başlanılıb.
Bundan öncə partiyanın baş katibi Əsəd Ömər bu gün paytaxt İslamabadda Ali Məhkəmənin binasında saxlanılıb.