Baş Prokurorluğun prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva yeni vəzifəyə təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Bu barədə 13 aprel tarixində Report məlumat verib.
Əmrə əsasən, A.Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.
O, Mətbuat Xidmətindəki vəzifəsindən azad edilib.
Qeyd edək ki, Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsi Baş Prokurorluğun müstəqil struktur qurumudur.