Rusiyanın ilk taktiki nüvə başlıqları artıq Belarusa çatdırılıb. Bu barədə İnsanoid BBC-yə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasındakı çıxışında bildirib.
O, nüvə silahının tətbiqinə mənfi yanaşdığını söyləyib. Bu silahın ancaq Rusiya Federasiyasının mövcudluğuna təhlükə olan zaman tətbiq oluna biləcəyini söyləyib.
O, birinci partiya nüvə başlıqlarının artıq Belarusa çatdırıldığını, bu yayın sonuna kimi bu prosesin sona çatdırılacağını söyləyib.