Quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvü müəyyən olunaraq saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 22 iyun tarixində xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü Əbdül Əjdərov da müəyyən olunaraq saxlanılıb.