Bu günə kimi işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün 1 100 müraciət daxil olub. Bu haqda 28 aprel tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova istinadən Report məlumat verib.
İdarə Heyətinin sədri bildirib ki, ABŞ, Avropa ölkələri, BƏƏ, Çin, İndoneziya kimi ölkələrdən 400-ə yaxın xarici iş adamı tərəfindən agentliyə müraciət olunub.
Onun sözlərinə əsasən, müraciətlər daha çox tikinti, xidmət, kənd təsərrüfatı, sənaye sektorlarına aiddir.