Ağcabədi rayonunda sursat aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 25 aprel tarixində xəbər verir.
Ağcabədi polisi Qarqar çayının yatağından sursat aşkar edib. Oradan 4 ədəd qumbaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb.
Faktla bağlı araşdırma aparılır.