Qaxda yol qəzası ölümlə nəticələnib. Bu barədə Report 2 fevral tarixində məlumat verib.
Səhər saatlarında şəhərin Heydər Əliyev prospektində 60 yaşlı Şövkət Yusifov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü ölüb.
İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.