Qazax Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub. Bu barədə Report 2 may tarixində xəbər verib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, polis mayoru Yusifzadə Çingiz Əşrəf oğlu Qazax RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.