Qazaxda yanğın olub. Bu barədə 3 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, rayonun Ürkməzli kəndində birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə, 1 otağının tavanı və qismən ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.