Qazax rayonunda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 25 iyun tarixində xəbər verir.
"Xaşxaş 2024" planına uyğun olaraq, Qazax Rayon Polis Şöbəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton (6300 ədəd) çətənə bitkisi toplanaraq məhv edilib.