Qazaxıstanın Baş naziri Əlixan Smayilovun başçılıq etdiyi hökumət istefa verib. Bu barədə İnsanoid Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) Mətbuat Xidmətinə istinadən bu gün, 29 mart tarixində məlumat verir.
Ölkə konstitusiyasına əsasən, Nazirlər Kabineti Qazaxıstan Parlamentinin Aşağı Palatası (Məclisinin) qarşısında öz səlahiyyətlərindən imtina edib və qanunvericiliyə əsasən, ölkə Prezidenti yeni Baş nazirin namizədliyini Məclisdə baxılması üçün təqdim edəcək.
Qeyd edək ki, yeni Baş nazirin təyinatı yalnız irəli sürülən namizəd deputatlar tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləcək.
Bundan sonrakı növbəti addım isə hökumət nümayəndələrinin təyinatı olacaq.