Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən sintetik tor götürülüb.
Bu barədə 18 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Qeyd edilib ki, ərazidən 504 metr uzunluğunda 28 ədəd sintetik tor götürülüb.