Qaradağ rayonunun Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində yanğın başlayıb. Bu barədə 17 mart tarixində Oxu.az məlumat verib.
Məlumata görə, yaşayış massivində yerləşən 8-ci binanın birinci mərtəbəsindəki mənzillərin birində yanğın başlayıb.
İlkin məlumata görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Xəsarət alanların olmadığı bildirilir.