Qobustan rayonunda Aqrar innovasiya festivalı keçirilib. Bu barədə 30 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbirdə bir sıra təşkilatlar öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib. Bununla yanaşı, festivalda qabaqcıl kənd təsərrüfatı təcrübələri standartlaşdırma sistemi təlimi və aqro dronların idarəedilməsi təlimləri keçirilib.
Festivalda iştirak edən fermerlər innovativ suvarma metodları, günəş panelləri, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar.