Qobustanda ev yanıb. Bu barədə İnsanoidə Fövqəladə Hallar Nazirliyindən bu gün, 17 iyun tarixində bildirilib.
Rayonun Sündü kəndində ümumi sahəsi 150 kv.m olan kürsülü, birmərtəbəli, 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyünün taxta atmaları 5 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.