Qubada qanunsuz kömür quyusu aşkar edilib. Bu barədə 6 aprel tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Qanunsuz kömür istehsal edənin rayonun Əski İqrığ kənd sakini İsmayıl Şabanov olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv edilib.