Qubadlıda işə gedən fəhlənin üzərinə qaya parçaları aşıb. Nəticədə o ölüb. Bu barədə 8 may tarixində Report məlumat verib.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər saat 10:00 radələrində təmir-tikinti şirkətlərinin birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağında aşkar edilib.
İlkin ehtimala görə, o, üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.