Qubadlıda döyüş sursatları aşkar edilib. Bu məlumatı aprelin 8-də Daxili İşlər Nazirliyi (DİN) yayıb.
İşğaldan azad edilmiş ərazilərdə polis tərəfindən nəzarət-profilaktiki tədbirlər aparılıb. Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.