Qusarda kişi ikinci mərtəbədən yıxılaraq ölüb. Bu barədə 25 aprel tarixində APA məlumat verib.
Belə ki, Əhmədov Məhəmməd Coğrafəddin oğlu Qiyasov Rəmixan İlyas oğluna məxsus Qusar rayonunun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbədəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.