Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlanıb. Bu barədə İnsanoid APA-ya bu gün, 21 aprel tarixində xəbər verib.
Aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.
Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materiallar aşkar edilib.
Araşdırma aparılır.