Qusarda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub. Bu barədə 20 iyul tarixində APA məlumat verib.
29 yaşlı rayon sakini Albert Xaspoladov "VAZ 2107" markalı avtomobili idarə edə-edə "TikTok" üçün video çəkən zaman qəza baş verib.
Avtomobil qəfil əks-zolağa manevr etdiyindən 27 yaşlı Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə Albert Xaspoladov ağır xəsarətlər alıb və hadisə yerində həlak olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.