Gecə saatlarında vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun dəfn yeri müəyyənləşib. Bu barədə Report 21 fevral tarixində məlumat verib.
Mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Aktyorun cənazəsi alqış sədaları altında yola salınıb.
Xalq artisti Ramiz Novruz Yasamalda, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.