İspaniya "Real Madrid"i "Espanyol"un futbolçusu Xoselunu icarəyə götürüb. Bu barədə İnsanoid klubun rəsmi saytına istinadən bu gün, 19 iyun tarixində xəbər verir.
33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, Madrid təmsilçisi növbəti mövsümün sonunda təcrübəli forvardı birdəfəlik transfer edə bilər.
"Real Madrid"in yetirməsi olan Xoselu İspaniya millisinin də üzvüdür.