Rusiyanın Blaqoveşensk şəhərində yüksək sürətlə hərəkət edən avtomobil səkidə piyadaları vurub, ölənlər var. Bu barədə 14 iyun tarixində İnsanoid Rusiya KİV-yə istinadən xəbər verir.
Vasilenko küçəsində baş verən hadisə zamanı 5 nəfər ölüb, onlardan üçü uşaq olub. Hadisəni törədən sürücü sağdır, yüngül xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
[playlist type="video" tracklist="false" ids="182681"]