Aprelin 26-sı gündüzdən 27-si axşamadək, əsasən, dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə 25 aprel tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayın 27-də bəzi yerlərdə arabir güclənəcək.
“Çaylarda sululuğun artacağı ehtimalı var”, - məlumatda qeyd olunub.