“Sabah”ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə çağırılıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 17 mart tarixində xəbər verir.
Baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçiyə dəvət göndərib.
O, Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Ukrayna yığması martın 24-də Danimarka, 27-də isə İtaliya ilə qarşılaşacaq.