Şabranda kanalda 1 nəfər batıb. Bu barədə mayın 12-də FHN Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarışlarla məlum olub ki, batan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğludur.