Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır. Bu barədə Report 17 may tarixində xəbər verib.
Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.
Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.
Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.
Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.
[caption id="attachment_116135" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]