Şabranda çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Bu barədə Report 20 aprel tarixində xəbər verib.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan və infarkt diaqnozu ilə xəstəxanaya aparılan 55 yaşlı Rəfi Məmmədov hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb "VAZ-2107" markalı maşının sürət həddini aşması olub.
Faktla bağlı araşdırma aparılır.