Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.