Şəkidə evdən meyit tapılıb. Bu barədə 13 may tarixində APA məlumat verib.
Hadisə rayonun İnçə-Zunud kəndində baş verib.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Katib oğlu Güliyevin meyiti yaşadığı ünvanda aşkar edilib. Aparılan ilkin müayinə zamanı tək yaşayan İ.Güliyevin bir neçə gün əvvəl öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.