Şəkidə 29 yaşlı şəxs üzərinə ağac aşması səbəbindən ölüb. Bu barədə Report 6 mart tarixində xəbər verib.
Rayonun Cumakənd kəndi ərazisində Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.