Şəkidə beşotaqlı fərdi yaşayış evi yanıb. Bu barədə 2 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Vərəzət kəndində ümumi sahəsi 200 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.