Şəkidə evdə yanğın olub. Bu haqda mayın 12-də FHN məlumat yayıb.
Rayonun Zunud kəndində ikimərtəbəli, 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Evin içərisində həcmi 50 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın söndürülüb.