Salyanda itkin düşən yeniyetmə tapılıb.
Yeniyetmə Qusarda yaşayan atasının yanına yollanıbmış.
14:17
***
Salyanda 14 yaşlı Kürsəngi kənd sakini itkin düşüb. Bu haqda aprelin 30-da Report məlumat yayıb.
O, martın 7-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yeniyetmənin boyu 170 santimetr, arıq bədən quruluşlu, sarışın və qısa saçlıdır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.