Salyanın Qızılağac kəndində intihar hadisəsi baş verib. Bu barədə 26 aprel tarixində Report məlumat verib.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Mikayılov Valeh Əliş oğlu evinin həyətindəki ağacdan özünü asıb.
V.Mikayılovun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.