Salyanda 45 yaşlı qadın intihar edib. Bu barədə 31 may tarixində APA məlumat verib.
Belə ki, Salyan şəhər sakini, 1978-ci il təvəllüdlü Zeynalova Pərvanə Rüstəm qızı özünü Kür çayına ataraq intihar edib.
Onun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.