Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 3 aprel tarixində Report məlumat verib.
Hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, naməlum avtomobil rayonun Arbatan kənd sakini İsayev İsmayıl Səməndər oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.