Salyan rayonunda intihara cəhd edən şəxs xəstəxanada dünyasını dəyişib. Bu barədə APA 14 iyun tarixində xəbər verib.
İyunun 11-də rayonun Xalac kənd sakini, 30 yaşlı Müşfiq Əkbərov sirkə turşusu içərək intihara cəhd edib.
M.Əkbərov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, M.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.