Salyanda ağır yol qəzası olub. Bu barədə 5 aprel tarixində APA məlumat verib.
Hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və “Hyundai Accent”in toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunublar.