Salyanda 57 yaşlı qadının evində meyiti tapılıb. Bu barədə 22 iyun tarixində APA məlumat verib.
Hadisə rayonun Xocalı kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Məssurə Almasovanın meyiti yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə oğlu tərəfindən aşkarlanıb.
Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.