Salyanda yol polisi nəzarət-profilaktiki tədbirlər keçirib. Bu barədə 8 aprel tarixində Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.
Reyd zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, manevr, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən ediliblər.
Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları diqqətə çatdırılıb. Onlar barəsində inzibati protokol tərtib olunub.