Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb. Bu barədə 3 aprel tarixində Report məlumat verib.
Belə ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.
İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç.Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.