Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb. Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Hadisə rayonun Avtovağzal dairəsi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri - 1989-cu il təvəllüdlü Sərdarov Əlihüseyn Kəlbihüseyn oğlu, 2000-ci il təvəllüdlü Məlikov Arif Xəlilulla oğlu və 1999-cu il təvəllüdlü Abdullayev Elvin Ziyafət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.