Şamaxı sakini toyda ürəktutmasından dünyasını dəyişib. Bu barədə 13 mart tarixində APA məlumat verib.
Belə ki, 1966-cı il təvəllüdlü Tapdıqov İdris Zahir oğlu toyda qəfil ürəktutmasından dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım şöbəsinin əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.