Şamaxıda avtomobil qəzası baş verib. Bu barədə 2 may tarixində APA məlumat verib.
Hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində hər iki maşında olan sərnişinlər ağır bədən xəsarətləri alıblar. Onlar Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
[gallery link="file" size="full" ids="114485,114486,114487"]